Silahla havaya atəş açan şəxsin kimliyi müəyyən edilib
Sosial şəbəkələrdə Gədəbəydə silahla havaya atəş açan bir şəxsin videogörüntüləri paylaşılıb. Sözügedən video paylaşıldıqdan sonra dərhal rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib. Görüntülərdəki şəxsin Gədəbəyin Arıxdam kənd sakini Tural Məmmədov olması və hazırda ölkə xaricində olması müəyyən edilib. Həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir.