Silahlı Qüvvələrin Hərbi Akademiyası adyunkturaya qəbul elan edib
2021-01-15 14:00
Silahlı Qüvvələrin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunk-turaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edib. Qəbul "Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid "Hərbi nəzəri elmlər"; "Hərbi xüsusi elmlər"; "Hərbi təbabət" və "Milli təhlükəsizlik" ixtisasları üzrə elan olunub. Qəbulla bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi saytından əldə etmək olar.
Nərgiz camal