Silah-sursat və marixuana daşıyan şəxslər saxlanılıb
İsmayıllıda polis Vüqar Məmmədov, Amil Boyatov, Zaur Şirinov və Səyyar Məmmədovu saxlayıb. Onlardan “Kalaşnikov” avtomat, daraq və 30 ədəd patron, marixuana, heroin və metamfetamin götürülüb. Şəxslər odlu silah və narkotikləri maddi gəlir qarşılığında əvvəlcədən razılaşdıqları yerə çatdırmalı imişlər. Faktla bağlı cinayət işi başlanılıb.
Vüsalə Cənnətova