Silah-sursat satmaq istəyən keçmiş məhkum saxlanılıb
Şəki Polisinin əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən rayonun Turan qəsəbə sakini, əvvəllər də dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunmuş Sahib Yaqubov yaxalanıb. Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Makarov” markalı tapança, sərnişin qismində olduğu taksidən isə ona məxsus bağlamada gizlətdiyi “Kalaşnikov” avtomatı, eləcə də həmin silahlara məxsus daraqlar, 17 ədəd patron və süngü-bıçaq aşkar edilərək götürülüb.
S.Yaqubov ifadəsində silahları 3200 manata satmaq məqsədilə Mingəçevir şəhərinə aparmaq istədiyini bildirib.
Fərid Mehdiyev