Silah saxlayan və narkotik vasitənin qanunsuz dövriyyəsini edən şəxslər saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Fikrət Cavadovdan 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5 ədəd patron aṣkar olunub. Adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Fərid Mehdiyev