"Shusha Chess 2022" turnirinin püşkü atılıb
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada ilk beynəlxalq şahmat turnirinin püşkü atılıb. Oyunlar Qarabağ hotelində keçiriləcək. İlk tur bu gün Bakı vaxtı ilə saat 17-də start götürəcək. Ümumi mükafat fondu 150 min manat təşkil edən turnirə sentyabrın 24-də yekun vurulacaq.