Seçkilərdə qanun pozuntusu müşahidə edilmir
Növbədənkənar parlament seçkiləri ilə bağlı 108 saylı Ağstafa Dairə Seçki Komissiyası üzrə də səsvermə davam edir. Dairənin tərkibində 47 məntəqə var ki, burda 46 min 792 seçici siyahıya alınıb. 8 məntəqədə veb-kamera yerləşdirilib, 6 məntəqədə pandus quraşdırılıb. Seçki dairəsi üzrə 100 yaşdan yuxarı 3 seçici qeydə alınıb. İlk dəfə səs verənlərin sayı isə 485 nəfərdir. Prosesi dairə üzrə 959 nəfər müşahidəçi izləyir. Onlardan biri olan Lalə Mehdiyeva indiyədək səsvermə prosesində hər hansı qanun pozuntusuna rast gəlinmədiyini bildirir. Seçicilər Amil Budaqov və Fatma Ayrəlova da səsvermə hüquqlarından lazımınca yararlandıqlarını deyirlər.
Vüsalə Cənnətova