Seçkilərdə 9 faizdən çox insan səsvermə hüququndan istifadə edib
Növbədənkənar parlament seçkilərində saat 10-a seçicilərin 9,92 faizi, yəni 636 min 842 nəfər səsvermə hüququndan istifadə edib. Hesabat verən məntəqələrin sayı 6478 olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
Vüsalə Cənnətova