Seçicilərin 30 faizə yaxını səsvermə hüququndan istifadə edib
Növbədənkənar parlament seçkilərində saat 15-ə seçicilərin 29,49 faizi, yəni 1 milyon 893 min 555 nəfər səsvermə hüququndan istifadə edib. MSK Katibliyi Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, hesabat verən məntəqələrin sayı 6478-dir.
Vüsalə Cənnətova