Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası olacaq
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, sözügedən proses fevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Nərgiz Camalzadə