Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək
2021-04-11 10:00
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Müdafiə Nazirliyindən bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi bu gündən 16 aprel tarixinədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Vüsalə camal