Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiya prosesi həyata keçiriləcək
2021-04-04 12:04
Ordumuzun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Müdafiə Nazirliyindən bildirib ki, döyüş sursatlarının utilizasiya prosesi bu gündən başlayaraq aprelin 9-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Nərgiz camal