Seyfəli poliqonunda döyüş sursatlarının növbəti utilizasiyası həyata keçiriləcək
2021-05-23 10:05
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Müdafiə Nazirliyindən bildirilib ki, döyüş sursatlarının növbəti utilizasiya prosesi bu gündən mayın 28-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Fərid Mehdiyev