Sex yaradaraq kustar üsulla spirtli içkilər hazırlayan şəxslər ifşa olunub
Mikayıl Abbasov Abşeronın Masazır qəsəbəsində sex yaradaraq Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanovla birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. Sonra paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsi ilə içkilərin satışı təşkil edilib. Dəstə üzvləri saxlanılıblar.
Vüsalə Cənnətova