Serxio Ramos Lionel Messini geridə qoydu
"Sevilya" klubunun futbolçusu Serxio Ramos La Liqada oyun sayına görə Lionel Messini geridə qoyub. Təcrübəli müdafiəçi buna "Osasuna" ilə heç-heçə etdikləri XXII turun matçında iştirak etməklə nail olub. O, çempionatda 521-ci matçını keçirib. Messi 520 görüşdə meydanda olub. La Liqada oyun sayına görə rekordçular 622 oyunla Andoni Subisarreta və Xoakin Sançesdir. Serxio Ramos İspaniyada "Real"ın uğurları üçün də çalışıb.
Vüsalə Cənnətova