Servis avtobusu qəzaya uğrayıb, sürücü ölüb
Sumqayıtın Üzeyir Hacıbəyov küçəsində şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin servis avtobusu qəzaya uğrayıb. Nəticədə sürücü - 1961-ci il təvəllüdlü Xəlil Cavadov dünyasını dəyişib. O, avtobusda tək olub. Fakt araşdırılır.
Nərgiz Camalzadə