Sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib
2022-2024-cü illərdəki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, prosesdə, ümumilikdə 31 852 ibtidai sinif müəllimi iştirak edib. Onların 20 faizi, yəni 6238 nəfər 51 bal və daha yüksək nəticə göstərib. İbtidai sinif müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə orta balı ən yüksək olan rayon və şəhərlər arasında Gəncə 5-ci sıradadır.
Vüsalə Cənnətova