A Seriyası iki oyunla yekun vurulub
İtaliya A Seriyasında 11-ci tura yekun vurulub. Son oyun günü 2 görüş baş tutub. “Frozinone” evdə “Empoli”yə, “Torino” isə “Sassuolo”ya 2:1 hesabı ilə qalib gəlib. 11 turdan sonra 28 xala malik “İnter” A seriyasında vahid liderdir. “Yuventus” 26 xalla ikinci, “Milan” 22 xalla üçüncüdür. Son çempion “Napoli”nin 21 xalı var.
Emin İsazadə