Separatçı meylləri qızışdırmaq cəhdləri cavablandırılacaq - XİN
2021-09-03 10:00
"Ermənistan Baş naziri və bu ölkənin XİN-nin ötən gün Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını qətiyyətlə pisləyirik. XİN-nin Ermənistan rəsmilərinin Azərbaycan ərazilərində separatçılığı qızışdıran bəyanatlarını şərhində belə deyilir. "Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır" deyə XİN məlumatında vurğulanır.
Fərid Mehdiyev