Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2025-ci ildən beynəlxalq axtarışda olan Murad Fetiyev Azərbaycana gətirilərək istintaqa cəlb edilib.DTX-nin məlumatına görə, o, xaricdən idarə olunan radikal mərkəzlərin tapşırığı ilə sosial şəbəkələrdə qruplar yaradaraq ekstremist ideyalar yayan şəxsləri həmin qruplara cəlb etməkdə ittiham olunur.İstintaq materiallarına əsasən, həmin şəxslər strateji obyektlər barədə məlumat toplamağa və terrorçuluğa açıq çağırışlar etməyə cəhd göstəriblər. Qruplaşmanın bəzi üzvləri dövlət müəssisəsinə basqın və girov götürmə hazırlığı ilə bağlı daha əvvəl həbs ediliblər. Murad Fetiyev terrorçuluğa açıq çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması və digər maddələrlə ittiham olunur. Onun barəsində cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
03 noyabr 2026

