SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
SEPAH Hörmüz boğazında üç neft tankerində partlayış baş verdiyini açıqlayıb.Bəyanatda deyilib ki, tankerlər dəniz minalarına çırpıldıqdan sonra güclü partlayış və yanğın baş verib.SEPAH hadisə ilə bağlı görüntülərin yaxın saatlarda yayımlanacağını bildirib və boğazda müəyyən edilmiş qaydaların pozulacağı təqdirdə sərt tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.
24 noyabr 2026

