Sentyabr ayı üzrə xaricdə təhsil almış 310 nəfərin müraciətinə baxılıb
Onlardan 248-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 98, Türkiyədən 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarusdan 14, digər ölkələrdən isə 30 müraciət olub.