Sel gəncəli turistləri İsmayılıda çətin vəziyyətə saldı

2019-07-10 15:25

İsmayıllıda güclü külək və leysan fəsadlar törədib. Evlərə, meyvə ağaclarına, əkin sahələrinə, qaz və su xətlərinə ziyan dəyib, bir neçə evin və obyektin dam örtüyü uçub. Həmçinin elektrik naqilləri zədələnib, nəticədə rayon mərkəzinə elektrik enerjisinin verilişi dayandırılıb. Gəncədən Lahıc qəsəbəsinə turistləri gətirən avtobus dağdan gələn sel sularına qərq olub. Nəqliyyat vasitəsini lil basdığı üçün ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıblar.

Ruhəngiz Hacızadə