Saytlarda mobil telefon almaq adı ilə bank kartlarını talayan şəxs saxlanılıb
Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən, 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov saxlanılıb. Həmin şəxs, mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edib, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. O, ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edib.
Nərgiz Camalzadə