Sayca beşinci KOB evi Gəncədə istifadəyə verilib
Gəncədə yeni KOB evi istifadəyə verilib. Burada 15 dövlət və bir sıra özəl qurum sahibkarlara 80-dən çox xidmət göstərəcək.KOBİA-nın İdarə Heyəti sədrinin I müavini Samir Hümbətov bildirib ki, Gəncə-Qazax iqtisadi rayonunda 50 minə yaxın sahibkarlıq subyekti qeydiyyatdan keçib.Gəncədə fəaliyyət göstərən KOB evi sahibkarlara bizneslərini daha rahat qeydiyyata almaq, qurmaq və inkişaf etdirmək imkanı yaradır.Gəncə KOB evində həm hüquqi, həm də fiziki şəxslərə yerində məsləhət və dəstək xidmətləri göstərilir.
19 mart 2026

