Saxta tibbi arayışlarla bağlı 2 şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi açılıb

2021-06-11 14:07

Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar araşdırılıb. Baş Prokurorluqdan verilən məlumata görə, “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxslərinin 96 nəfərin Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqa səyahət etməsini təşkil etmək məqsədilə klinikaların məlumatı olmadan onların adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədləri sərnişinlərə müəyyən məbləğə satmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə həmin vəzifəli şəxslər barəsində cinayət işi başlanıb.

Vüsalə Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik