Saxta sənədlərlə əlillik təyini və hərbi xidmətdən yayınma halları üzrə araşdırma aparılır
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. İlkin araşdırma zamanı bu ilin fevral-may aylarında vətəndaşlar hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozlar rəsmiləşdirilib. Nəticədə əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası cinayət işi başlanılıb.
Fərid Mehdiyev