Saxta dollar satan dəstə üzvləri saxlanılıblar
Bakının Binə qəsəbəsində yerləşən mağazada naməlum şəxsin alış-veriş edərkən mağaza sahibinə 21 ədəd 100 dollarlıq saxta əsginas verib. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkumlar Gülnarə Eynullayeva, Samir Fətullayev və Əli Həmidov saxlanılıblar. Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əsginas götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Lalə Nəsib