Saxta aksiz markalı tütün məhsullarının satışının qarşısı alınıb
Dövlət Vergi Xidməti aksiz markasız və saxta aksiz markalı tütün məhsullarının pərakəndə satışı hallarını aradan qaldırıb. Bakının 21 satış nöqtəsində 16 min 62 qutu tütün məmulatı aşkar edilib. 20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barəsində araşdırma aparılır.
Vüsalə Cənnətova