Saxlanılan Qarabağ separatçılarının işi məhkəməyə göndəriləcək
Qarabağda yaradılan qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işlərinin istintaqı başa çatıb. Baş prokuror Kamran Əliyev materialların baxılması üçün yaxın vaxtlarda məhkəməyə göndəriləcəyini bildirib. Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
Fərid Mehdiyev