Sarsılmaz qardaşlığımız regionumuzda sülhün ən böyük təminatçısı olmaqda davam edəcək - R.T.E
2021-05-25 16:06
"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm". Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd olunub. "Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram", - məktubda bildirilib.
Nərgiz camal