Canlı
"Saratov hava yolları" aviaşirkəti hava gəmilərinin istismarını dayandırıb

2018-02-12 / 14:01

"Saratov hava yolları" aviaşirkəti Moskva ətrafında "An-148" təyyarəsinin qəzaya uğramasından sonra bu növ hava gəmilərinin istismarını dayandırıb. Aviadaşıyıcının parkında 6 ədəd "An-148-100" təyyarəsi var. Ötən gün "Saratov hava yolları"na məxsus Moskva-Orsk reysini həyata keçirən "An-148" təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 71 nəfərin hamısı, o cümlədən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu həlak olub.

Ruhəngiz Hacızadə