San-Pauluda Ermənistana qarşı etiraz aksiyası keçirilib
2021-06-10 16:09
Ermənistanın mina xəritələrini Azərbaycan dövlətinə təhvil verməkdən imtina etməsinə, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət çəkmək üçün Ermənistanın Braziliyanın San-Paulu şəhərindəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Yerli sakinlər azərbaycanlı jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər.
Nərgiz camal