Samuxun Mərkəzi parkında təmir və yenidənqurma işləri başa çatır
Samuxda əhalinin ən çox istirahət etdiyi mərkəzi parkda təmir və yenidənqurma işləri başa çatmaq üzrədir. Fəvvarələr, oturacaqlar, işıqlandırma sistemi əsaslı təmir edilib, uşaqlar üçün yeni attraksionlar quraşdırılıb, 4 ədəd söhbətgah tikilib, bəzək ağacları və gül kolları əkilib. Parkın bayram günlərində sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Fərid Mehdiyev