Samuxda zavoddan 12 min manatlıq oğurluq edilib
Samuxda İnstitut qəsəbəsində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmir oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Gəncə sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar.