Samuxda yeni yaşıllıqlar salınıb
Samuxda 8 Noyabr – Zəfər Günü münasibətilə növbəti ağacəkmə aksiyası təşkil olunub.Aksiyada rayon ərazisində ümumilikdə 2000-ə yaxın ağac və gül kolları əkilib. Əkilən tinglərin əsas hissəsini zeytun və badam ağacları təşkil edib. Tinglərin normal inkişafını təmin etmək məqsədilə ərazidə damlama-suvarma sistemi quraşdırılıb. Mövcud yaşıllıqların dibləri yumşaldılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
04 noyabr 2026

