Samuxda yasda kütləvi zəhərlənmə baş verib
Samuxun Lək kəndində yas mərasimində kütləvi qida zəhərlənməsi hadisəsi baş verib.Mərasimdə aralarında uşaqların da olduğu 22 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.AQTA hadisə ilə bağlı araşdırma aparıldığını, mərasimdə təqdim olunan qidalardan nümunələrin götürülərək laboratoriyaya göndərildiyini bildirib.Faktla bağlı araşdırma davam etdirilir.
21 may 2026

