Samuxda yanğın baş verib
Samuxun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın olub. Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın, genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. Təxminən 6 ha sahədə qamışlıq və kol-kos yanıb.
Fərid Mehdiyev