Canlı
Samuxda toyda iki qardaş bıçaqlanıb

Samuxda iki qardaş bıçaqlanıb. 27 yaşlı Xəyal və 29 yaşlı Vüsal Məmmədov qardaşları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir. Məlumata görə, qardaşlar Çobanabdallı kəndində toyda həmkəndliləri tərəfindən bıçaqlanıb. Hüquq-mühafizə orqanları faktı araşdırır.

Vəfa Şairova