Samuxda texniki üzümün yığımına başlanılıb, məhsuldarlıq yüksəkdir

2019-09-11 14:51

Samuxda üzümün texniki sortlarının yığımına başlanılıb. Ötən illə müqayisədə məhsuldarlıq xeyli yüksəkdir – hər hektardan 100 sentner. Süfrə üzümünün yığımı isə artıq yekunlaşıb. İndiyədək 2478 ton məhsul toplanıb ki, onun da 2049 tonu süfrə üzümünün payına düşüb. Bu il ümumilikdə 10 mindən tondan çox üzüm yığılması proqnozlaşdırılır. Əsas realizə yeri isə daxili bazardır.

Ruhəngiz Hacızadə