Samuxda spirtli içki müəssisəsinin fəaliyyəti dayandırılıb
2021-12-24 16:05
AQTA əməkdaşları Samuxun Qarayeri qəsəbəsindəki “Qara-Çanaq” müəssisəsində yoxlama keçiriblər. Bəzi məhsulların etiket məlumatlarında yalnışlığa yol verildiyi, alkoqollu içkilərin istehsal tarixinin qeyd olunmadığı, həmçinin sanitariya norma və qaydalarına əməl edilmədiyi müəyyənləşdirilib. Faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Vüsalə camal