Samuxda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanılıblar
Samuxda fərdi yaşayış evlərindən ümumi dəyəri 1800 manat olan müxtəlif növ elektrik və metal məişət avadanlıqları oğurlanıb. Silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri - Nurəddin Nəbiyev, Vilayət Nəbiyev və Azər Nəbizadə saxlanılıblar.
Zərdabda isə quraşdırılmış transformatorlardan elektrik açarları oğurlanıb və elektrik şəbəkəsinə 7 100 manat ziyan vurulub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, Sumqayıt sakini Elnur Əsədov və Bakı sakini Kamal Piriyev istintaqa cəlb olunublar.
Nərgiz Camalzadə