Samuxda quyuda meyit aşkarlanıb
Samuxun Çobanabdallı kəndində quyuda meyit aşkarlanıb. FHN-dən məlumat verilib ki, meyiti quyudan çıxarılan 1954-cü il təvəllüdlü Tofiq Əhmədovdur. Məlumata əsasən, o, insult xəstəsi olub, həmin vaxt həyətdə olan dərinliyi 2 metr quru quyunun yaxınlığından keçən zaman oraya yıxılıb.
Faktl araşdırılır.