Samuxda qətl törədən şəxslər tutulublar
2021-11-18 18:07
Füzuli rayon Mərkəzi Xəstəxanasında həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, Beyləqanın Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanılaraq istintaqı aparılır. Hüseynzadə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Polis Samuxun Sərkar kənd sakin, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynovu öldürməkdə şübhəli bilinən - Saatlı sakini E.Mehdiyev və Sərkar sakini T.Yusifovu da saxlayıb.
Nərgiz camal