Samuxda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
2021-05-18 18:04
Samuxda rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq r2 fərdi yaşayış evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Polis şəxsləri saxlayıb, maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil verib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Nərgiz camal