Samuxda narkotik yetişdirən şəxs saxlanılıb
2021-06-11 14:06
Samuxdakı meşəlik ərazidə çətənə bitkiləri yetişdirən rayon sakini Zeynal Zeynalov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs həmin bitkiləri dibçəkdə əkdikdən müəyyən müddət sonra sözügedən əraziyə köçürdüyünü etiraf edib. Xaçmazda isə Xudat şəhər sakini Reyhan Mirzəyeva saxlanılıb. Onun üzərindən 300 qrama yaxın heroin və külli miqdarda metamfetamin aşkarlanıb.
Nərgiz camal