Samuxda narkotacir tutulub

2019-09-10 14:24

Samuxda narkotacir tutulub. Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakini C.Bəylərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə