Samuxda maşın hasara çırpılıb, 3 nəfər xəsarət alıb
2020-06-10 18:05
Samuxun Qarabağlar kəndində "Mercedes" idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı hasara, daha sonra qaz borusuna çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Onlardan birinə ambulator yardım göstərilib, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzaya ilkin səbəb kimi minik maşınının qabağına it çıxması göstərilir.
Fərid Mehdiyev