Samuxda kompleks mülki müdafiə təlimi keçirilib
Samux rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı kompleks mülki müdafiə təlimi keçirilib.Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə 292 nəfər şəxsi heyət və 69 texnika iştirak edib.Təlimin məqsədi fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin idarə olunması, qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi olub.Təlim çərçivəsində şərti hadisə zamanı əhalinin təxliyəsi, yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.
11 noyabr 2026

