Samuxda karantini pozan toy sahibləri məsuliyyətə cəlb olunublar
2021-10-25 10:05
Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Salahlı, Yenikənd kəndlərində və Qarayeri qəsəbəsində karantin qaydaları pozularaq toy məclisi keçirilməsini aşkar ediblər. Məlum olub ki, ev sahibləri 150 nəfərdən artıq qonaq çağırıblar. Mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edilib. Bundan başqa, rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu da yoxlanılıb. COVID-19 pasportu olmayan 33 nəfər restorana buraxılmayıb.
Nərgiz camal